Hədəf Şirkətlər Qrupu

Hədəf Şirkətlər Qrupu

Hədəf Şirkətlər Qrupu tərkibində təhsil, texnologiya, maarifçilik sahələrində fəaliyyət göstərən 10-dan çox şirkəti birləşdirən qurumdur. Şirkətin məqsədi milli və bəşəri dəyərləri qoruyaraq milli brendlər vasitəsilə xalqa adıçəkilən sahələrdə müxtəlif xidmətlər təklif etmək və qlobal arenada da bu fəaliyyətləri uğurla həyata keçirməkdir. Burada  ümumilikdə 1500-dən çox işçi çalışır.

Hədəf Şirkətlər Qrupu adı altında aşağıdakı müstəqil şirkətlər birləşmişdir:

  • Hədəf Kursları
  • Hədəf Liseyi
  • Hədəf Global
  • Hədəf Nəşrləri
  • Hədəf Yaradıcılıq Mərkəzi
  • “Hədəf” mətbəəsi
  • “Balabilgə” uşaq bağçası
  • “XAN” nəşriyyatı
  • Eduhek
  • Evdə təhsil
  • “D&B” kafe
  • “Kitabevim.az” mağazalar şəbəkəsi

Hədəf Şirkətlər Qrupu İdarə Heyəti

-Şəmil Sadiq - Sədr(Hədəf Şirkətlər Qrupunun qurucu direktoru)

-Emin Sadıqov - Sədr müavini (Biznesin idarə edilməsi üzrə Baş direktor müavini) 

 -Elvin Əliyev - İctimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə baş direktorun müavini

 -Səftər Əlsəfa - Hədəf Kursları üzrə icraçı direktor

-Nizami Hüseynov - Hədəf liseyləri üzrə ümumi icraçı direktor

-Səbuhi Şahmursoy - Xan Nəşriyyatının icraçı direktoru
 
Hədəf Kursları

Hədəf Kursları

Biz işimizlə öyünürük! Hədəf kursları 2008-ci il may ayının 12-də rəsmi olaraq dövlət qeydiyyatından keçmiş və həmin gündən də öz fəaliyyətinə başlamışdır. Hədəf Kursları ölkəmizin təhsil sahəsində ilk milli brendlərindən biri olaraq yarandığı ilk gündən etibarən abituriyentlərin və valideynlərin rəğbətini qazana bilmiş və fəaliyyət istiqamətlərini genişləndirmişdir.Bu zaman çərçivəsində Hədəf Kursları özünün 9 filialını (Nizami, Xırdalan, Qara Qarayev, Azadlıq, Sumqayıt, Əhmədli, Əcəmi, Yasamal, Mehdiabad) açmışdır.  

Hədəf Kurslarında aşağıdakı xidmətlər göstərilir:

  • Abituriyent hazırlıq
  • Məktəbəqədər hazırlıq
  • Magistraturaya hazırlıq
  • Dövlət Orqanlarına hazırlıq
  • YÖS hazırlıq
  • Müəllim hazırlığı

Hədəf STEAM Liseyi

Hədəf STEAM Liseyi

Hədəfiniz hədəfimizdir! Hədəf Liseyi Azərbaycanda ilk dəfə olaraq STEAM əsaslı təhsil verən təhsil müəssisəsidir. STEAM - elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyata əsaslanan tədris proqramı deməkdir.

Beynəlxalq Cambridge məktəblərindən biridir. Cambridge proqramı əsasında Language Arts, Math, PBL, Science, Grammar, ICT və Texnologiya dərsləri və digər dərslər tədris olunur.

Hədəf Liseyi XXI əsr üçün mütəxəssislər yetişdirməyi öz məqsədi hesab edir və valideynləri və şagirdləri yaxın gələcək üçün bu vizyonu və missiyanı birlikdə paylaşıb reallaşdırmağa dəvət edir.Hədəf Liseyinin tətbiq etdiyi STEM təhsilinin ən əhəmiyyətli fərqi dil və texnologiya təhsili ilə yanaşı, sənəti və dizaynı da təhsil modelinin ayrılmaz bir hissəsi halına gətirməsidir.

Hədəf Nəşrləri

Hədəf Nəşrləri

2009-cu ildə fəaliyyətə başlayıb. Bir çox yerli və xarici müsabiqələrin qalibidir. Yarandığı ilk gündən yerli və beynəlxalq kitab sərgilərində iştirak etmişdir. “Azərbaycan dili” dərs vəsaiti 2010-ci ildə, “Ədəbiyyat” dərs vəsaiti 2011-ci ildə , “İlin Kitabı”, “Biologiya” dərs vəsaiti isə 2015-ci ildə Türkmənistan Respublikasında keçirilən müsabiqədə “İlin Dərs Vəsaiti” nominasiyasına layiq görülmüşdür.

Fəaliyyətə başladığı ilk ildən etibarən nəşriyyat Azərbaycanda orta təhsilə dair əlavə və metodik dərs vəsaitlərinin çap etdirməsini əsas istiqamət olaraq qəbul edib. Təsadüfi deyil ki, adı keçən kitablar Azərbaycanın Bakı şəhəri başda olmaqla bütün ərazilərində təhsil alan auditoriyanın böyük marağına səbəb olub.

XAN Nəşriyyatı

XAN Nəşriyyatı

“XAN” MMC 2014-cü ildə təsis edilib. Fəaliyyətə başladığı vaxtdan Azərbaycan kitab bazarına keyfiyyətli ədəbi nümunələrlə yanaşı, müxtəlif elmi-publisistik, şəxsi-inkişaf və motivasiya kitabları ilə daxil olmağı bacarıb. “XAN” nəşriyyatı dəfələrlə yerli və beynəlxalq kitab sərgilərində uğurla iştirak edib, “Fəal iştiraka görə” və “Uğurlu iştiraka görə” diplomları ilə təltif olunub.

Nəşriyyat aşağıdakı kitab seriyalarını çap edir: 

  • “Milli ədəbiyyat”
  • “Çağdaş ədəbiyyat”
  • “Tərcümə ədəbiyyatı”
  • “Xatirə ədəbiyyatı”
  • “İlk kitab” 
  • “Aforizmlər” 

Bundan başqa, qeyri-ədəbi nümunələr arasında motivasiya və şəxsi-inkişaf müəlliflərindən Co Novarro, Martin Karlins, Entoni Robinz, Piter Kouter, Brian Treysi, Andrey Kosenko, Ceylan Mumoğlu və s. kimi müəlliflərin kitablarının çapı “XAN” nəşriyyatının fəaliyyət dairəsinə aiddir.

Bala Bilgə

Bala Bilgə

“Balabilgə” uşaq bağçası Hədəf STEAM Liseyi nəzdində fəaliyyət göstərən müəssisədir. 1,5-5 yaş arası uşaqların Azərbaycan, rus və ingilis bölmələri üzrə qəbulu həyata keçirilir. Hər qrupda uşaq sayı maksimum 14 nəfər ola bilər. Bağça və məktəbəqədər tədrisdə dərslər həftə içi 5 gün, saat 08:30-dan 17:00-dək davam edir.

Gün ərzində 4 dəfə günlük hər cür ehtiyac nəzərə alınaraq qidalanma, yuxu saatı, dərslər, dərnəklər və oyun saatları keçirilir. Uşaqlar üçün müasir üzgüçülük hovuzu fəaliyyət göstərir.

Milli dəyərlərlə, müasir STEAM+N disiplini inteqrasiya edilərək uşaqların həm əylənərək öyrənməyini təmin edilir, həm də nəzəri biliklər və praktiki bacarıqlar qazandırılır.

Senet.az

Senet.az

2015-ci ildə yaradılan Senet.az mədəniyyət portalı "Hədəf" və XAN nəşriyyatlarının rəsmi orqanıdır. Portalda incəsənətin bütün sahələri ilə bağlı araşdırmalar, müəllif yazıları, araşdırmalar, müsahibələr yayımlanır, ölkə, eləcə də dünya mədəni mühitində baş verənlər işıqlandırılır. 

Portal  aşağıdakı kateqoriyalar üzrə fəaliyyət göstərir:

Sənət
Rəssamlıq
Kino
Teatr
Musiqi
Ədəbiyyat 
Araşdırma
Yazarlar